Ana səhifə
15 Noyabr 2018

Məhbusa telefon keçirilməsinin qarşısı alınıb

Bu dəfə mobil telefon kartofun içərisinə yerləşdirilib

 

 

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına qadağan olunan əşyaların keçirilməsinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu dəfə kartofun içərisindən mobil telefon tapılıb. Belə ki, Bakı İstintaq Təcridxanasına saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3 maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Elşad Şirvan oğlu Abbasovun yanına qısamüddətli görüşə gələn Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsi, ev 18, mənzil 56 ünvanında qeydiyyatda olan vətəndaş Edqar Bəhmən oğlu Əmirovun görüş otağında üzərinə və əşyalarına baxış keçirilib. Bu zaman onun gətirdiyi sovqatdakı kartofun içərisində xüsusi üsulla gizlədilən, daxilində “Nar” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır. 

 

Xalid

 

Tarix
13 Oktyabr 2014 [14:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin