Qırğızıstanda fövqəladə vəziyyət elan edildi

16:43 - 21 Mart 2020 - Xəbər

Orta Asiya ölkəsi Qırğızıstanda koronavirusa görə fövqəladə vəziyyət elan edilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Nazirlər Kabineti açıqlayıb. Fövqəladə vəziyyət martın 22-dən tətbiq ediləcək.

Qeyd edək ki, Qırğızıstanda indiyədək 12 yoluxma faktı qeydə alınıb. Bütün yoluxmalar Səudiyyə Ərəbistanı və Küveytdəki müqəddəs ziyarətgahlara səfər edən şəxslərdir. 

Xəbər xətti