Gürcüstanda koronavirusa yoluxanların sayı 48-ə çatıb

16:08 - 21 Mart 2020 - Xəbər

Gürcüstanda koronavirusa yoluxma hallarının sayı 48-ə çatıb. “Report” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda bildirilib. Karantində 1 966, stasionar nəzarətdə isə 259 nəfər saxlanılır. Qeyd edək ki, bu günə qədər qonşu ölkədə bir şəxs koronavirusdan tam sağalıb.

Xəbər xətti