İtaliyada gün ərzində koronavirusdan 600-dən çox insan ölüb

21:51 - 20 Mart 2020 - DÜNYA

İtaliyada koronavirus qurbanların sayı sutka ərzində yeni rekord qırıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu Milli Müdafiə Xidmətinin başçısı Andjelo Borelli bildirib. O, bildirib ki, ölkədə 627 nəfər COVİD-19 infeksiyasının qurbanı olub.

Dünən İtaliyada koronavirus qurbanların sayı 3,4 min nəfərə çatıb. Ökə artıq Çini bu göstəriciyə görə qabaqlayıb.
“Bu gün biz 689 sağalma faktını qeyd etmişik, sağalanların ümumi sayı 5 129 nəfərə çatıb”, - Borelli axşam brifinqdə bildirib.

Hal-hazırda koronavirusa təxminən 38 min italiyalı yoluxub, sutka ərzində bu göstərici 4 670 nəfərə artıb. Martın 19-u yoluxanların sayı 4,5 min nəfərə artıb, bundan əvvəl sutka ərzində artım 3 min nəfər təşkil edirdi.

Xəbər xətti