İspaniyada 20 minə yaxın insan koronavirusa yoluxdu

18:22 - 20 Mart 2020 - DÜNYA

İspaniyada 20 minə yaxın insan koronavirusa yoluxub. Gazeta.ru bu barədə İspaniya Səhiyyə Nazirliyinə istinadən xəbər yayıb. Bildirilir ki, İspaniyada son bir gün ərzində 2833 nəfər koronavirusa yoluxub. Ölkədə yoluxanların sayı 19980-ə çatıb. Qeyd olunur ki, ölkədə COVID-19-dan 1002 nəfər ölüb, 1585 nəfər isə sağalaraq evə buraxılıb. ///oxu.az

Xəbər xətti