Gürcüstanda qatarda yanğın olub, bir nəfər ölüb

11:12 - 20 Mart 2020 - HADİSƏ

Gürcüstanda Zestafoni dəmir yolu stansiyasında yük qatarında yanğın baş verib.


“Report”un yerli bürosu xəbər verir ki, qatar Poti-Tbilisi istiqaməti üzrə hərəkət edib.

Yanğın zamanı orta yaşlı bir kişi ölüb. Yanğının qarşısı vaxtında alınıb.

Hadisə yerinə üç yanğınsöndürən briqada cəlb olunub.

İnsidentlə bağlı araşdırma aparılır.

Xəbər xətti