Ana səhifə
23 Yanvar 2018

Neft Emalı Zavodunda kütləvi ixtisarlar

"Heydər Əliyev adına Neft Emalı Zavodunda kütləvi ixtisarlar başlanıb. Zavodun rəhbərliyi 280 nəfərdən çox işçiyə işdən azad olunması ilə bağlı xəbərdarlıq edib".

 

Ucnoqta.az xəbər verir ki, bu haqda "Bizim Yol"a Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı verib. 

 

Onun sözlərinə görə, bildirişlər Dövlət Neft Şirkətində aparılan ixtisarlar çərçivəsində həyata keçirilir. "Dövlət Neft Şirkətində ümumi olaraq, işçilərin sayını azaltmaq siyasəti aparılır. Neft Emalı Zavodundakı ixtisarlar da həmin siyasətin davamıdır. Bizi narahat edən məsələlərdən biri bildiriş alan işçilərin əksəriyyətinin qadınlar olmasıdır. İşçilərə başqa işlər təklif olunmayıb. Onlara bildiriblər ki, əgər  bir ay müddətində işdən çıxmaq haqqında ərizə yazsalar, onlara əmək haqqının 5 misli qədər kompensasiya veriləcək. Onu da qeyd edim ki, ixtisar gedə-gedə bəzi hallarda kənardan işçi qəbulu müşahidə olunur".

 

M.Qəhrəmanlı əlavə etdi ki, ARDNŞ-də ixtisarların aparılmasının başlıca səbəblərindən biri neft hasilatının aşağı düşməsidir: "İndiki hasilatla, əslində, 10-15 min işçi saxlanılmalıdır. Amma qurumda əməliyyatların çoxu əlyazma ilə həyata keçirilir, yəni avtomatlaşdırılmayıb, ona görə də çox işçi saxlamağa məcburdurlar. 

 

Köhnə yataqlarda əməliyyat şirkətləri yaradıldı, onlar da hasilatın artırılmasının öhdəsindən gələ bilmirlər. Vaxtilə iki neft emalı zavodunun illik istehsal gücü 22 milyon ton neftə hesablanmışdı. İndi isə bu iki zavod Dövlət Neft Şirkətinin hasil etdiyi 7 milyon ton neft emalı ilə məşğuldurlar. Hələ həmin xam neftin bir qismi "Novorossiyski" kəməri ilə xaricə satılırdı. Deməli, illik 7 milyon tondan da az neft emal edilir. Hasilat da, istehsal gücü də aşağı düşüb, bu qədər işçi saxlamaq isə kommersiya baxımından əlverişsiz olub".

 

Tarix
3 Oktyabr 2014 [11:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ