Tramp koronavirusa görə Çini İTTİHAM ETDİ

00:06 - 20 Mart 2020 - DÜNYA

Koronavirusu dünyaya Çin yaydı

ABŞ prezidenti Donald Tramp koronavirus epidemiyasının dünyaya yayılmasına görə Çini ittiham edib. Publika.az-ın məlumatına görə, o bildirib ki, Pekin adminstrasiyası əvvəldən dünya ictimaiyyətinə ətraflı məlumat versəydi virus pandemiyaya çevrilməzdi:

“Çin virusu mənbəyində dayandıra bilərdi. Çin əvvəlcədən məlumat versəydi bu virus daha əvvəl dayandırıla bilərdi. Hamıdan əvvəl Çindən gələn şəxslərə qadağa tətbiq edilməsi üçün çağırış etdim. Amma media dərhal məni irqçiliklə ittiham etdi”.

Xəbər xətti