Almaniya, Macarıstan və Türkiyədən daha 49 nəfər Azərbaycana təxliyə edilib - Foto

18:31 - 19 Mart 2020 - Xəbər

Almaniya, Macarıstan və Türkiyədən daha 49 nəfər Azərbaycan vətəndaşı təxliyə edilib.

 Azərbaycan vətəndaşları bu gün saat 15:00 radələrində Türkiyə-Gürcüstan sərhədində Sarp gömrük keçid məntəqəsindən Gürcüstan ərazisinə daxil olublar.

Onlar Gürcüstan tərəfinin ayırdığı xüsusi avtobuslarla polisin müşayiəti altında “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinə gətiriliblər və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) təhvil veriliblər.

Qeyd edək ki, 16 nəfər Almaniya, 1 nəfər Macarıstan, 32 nəfər isə Türkiyədən təxliyə edilib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə Türkiyə və Avropadan 170 Azərbaycan vətəndaşının təxliyəsi təşkil edilib./Apa

 


Xəbər xətti