Abşeronda marşrut avtobusu ilə minik avtomobili toqquşub

15:20 - 19 Mart 2020 - HADİSƏ

Abşeronda marşrut avtobusu minik avtomobili ilə toqquşub.

APA-nın xəbərinə görə, hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb. 525 nömrəli marşrut avtobusu dönmə əməliyyatı edərkən hərəkətdə olan "Renault" markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə və marşurut avtobusuna ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti