Gülnarə Kərimovanın həbs müddəti uzadıldı

16:19 - 18 Mart 2020 - Xəbər

Daşkənd şəhər məhkəməsi Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın həbs müddətini uzadıb.

 G.Kərimova 13 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Əvvəlki həbs cəzaları da nəzərə alınmaqla, onun cəza müddəti 2015-ci ilin avqustundan hesablanacaq.

Gülnarə Kərimova təxminən 174 milyon dollar məbləğində vəsaiti dövlət büdcəsindən mənimsəməkdə təqsirli bilinib./trend

Xəbər xətti