Çinin nəhəng şirkəti Avropa və Afrikaya maska göndərdi

14:27 - 18 Mart 2020 - Xəbər

Çinin “Alibaba” şirkətinin qurduğu “Alibaba” və “Jack Ma” vəqfi Avropanın COVID-19-a qarşı mübarizəsinə dəstək verib.

Vəqflər Avropaya iki milyon maska və koronatest kitləri yollayıb. Belçikanın Liege hava limanına göndərilən yük təyyarələrindən biri daha sonra İtaliyaya yarım milyon maska və tibbi ləvazimatlar aparacaq.

Bundan başqa, vəqflər koronavirusun qarşısının alınması və nəzarətinə kömək məqsədilə 54 Afrika ölkəsinə test kitləri, maska və qoruyucu geyimlər yollayacaq.
Qeyd edək ki, Belçika “Alibaba”nın idarə etdiyi elektron dünya ticarəti platformasının (eWTP) Avropadakı ortağıdır./publika.az

Xəbər xətti