Bakıda 3 gün əvvəl bıçaqlanan şəxs xəstəxanada ölüb

13:00 - 18 Mart 2020 - HADİSƏ

Martın 14-də saat 2 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisindən qəsəbə sakini Viktor Bujdelyevin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə 8-ci Polis Bölməsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Həkimlərin səyinə baxmayaraq V.Bujdelyev martın 17-də orada ölüb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Əliyev saxlanılıb.
Səbail RPİ tərəfindən araşdırma aparılır.

Xəbər xətti