Qaxda evdə PARTLAYIŞ: ər-arvad yanıq xəsarətləri alıb

12:58 - 18 Mart 2020 - HADİSƏ

Qaxda yaşayış evində partlayış olub.

Hadisə bu gün səhər saatlarında rayonun Qıpçaq kəndində qeydə alınıb. Kənd sakini, 1956-cı il təvəllüdlü Narıngül İlham qızı Osmanova yaşadığı evdə qaz sobasını yandıran zaman anidən alovla müşahidə olunan partlayış baş verib. Nəticədə Narıngül Osmanova və əri, 1937-ci il təvəllüdlü Hacı Məhəmməd oğlu Osmanova müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Tibb müəssəsindən bildirilib ki, yaralılara lazımi tibbi yardım göstərilib. Onların müayinə və müalicələrini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulur.

Faktla bağlı araşdırma aparılır./Apa

Xəbər xətti