Salyanın polis rəisi işdən çıxarıldı

17:14 - 17 Mart 2020 - Xəbər

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi, polis polkovniki Cəbrayıl Vəliyev vəzifəsindən azad edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, C.Vəliyev Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi təyin edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib. 

Xəbər xətti