Abşeronda kişi arvadını bıçaqlayıb

09:28 - 17 Mart 2020 - HADİSƏ

Abşeronda ər arvadını bıçaqlayıb.

Hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb. Beyləqan rayon sakini, 1985-ci il təvəllüdlü Vüsal Məmmədov ailədaxili münaqişə zəminində arvadı, 1991-ci il təvəllüdlü Günel Məmmədovanı bıçaqlayıb.

Qadın aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb./Apa

Xəbər xətti