Biləsuvarda ağır yol qəzası olub- “Mercedes” “KamAZ”la toqquşub, ölən var

08:48 - 17 Mart 2020 - HADİSƏ

Biləsuvar rayonunda “Mercedes” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub.

 Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1980-ci il təvəllüdlü Allahyarov Elnur Rəsul oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər

Xəbər xətti