Almaniyada koronavirusa yoluxanların sayı 5627 nəfərə çatıb

09:13 - 16 Mart 2020 - DÜNYA

Almaniyada daha 1394 nəfər COVİD-19 koronavirusuna yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 5627 nəfərə çatıb, 11 nəfər ölüb. Almaniyada koronavirusa yoluxmalar əsasən Şimali Reyn - Vestfaliyada (2100 nəfər), Bavariyada (886 nəfər) və Baden-Vürtemberq (827 nəfər) qeydə alınıb.

Xəbər xətti