Koronavirusa yoluxmuş daha 3 Azərbaycan vətəndaşı sağaldı

12:19 - 14 Mart 2020 - Xəbər

Koronavirus (COVİD-19)  infeksiyasına yoluxduğu müəyyən edilmiş 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıblar. Nazirlər Kabinetinin yanında operativ qərargahdan verilən məlumata görə, bu günə olan məlumata görə, Azərbaycanda 19 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilıb. Onlardan 6 nəfəri artıq müalicə olunaraq sağalıb. Hazırda xüsusi rejimli xəstəxanalarda olan digər şəxslərin müalicəsi davam etdirirlir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

Xəbər xətti