Ana səhifə
19 Sentyabr 2018

Xadimə qadın 30 min pul oğurladı - Bakıda

Bakıda qadın işlədiyi evdən külli miqdarda pul oğurlamaqda şübhəli bilinir. 
 

 

Ucnoqta.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə Badamdar qəsəbəsində yaşayan Anarə Məmmədova ərizə ilə Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, avqustun 27-dən sentyabrın 1-dək olan müddətdə evində xidmətçilik edən Sevda adlı qadın seyfi öz açarı ilə açaraq 30 min manat oğurlayıb. Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Sevda Allahverdiyeva tutulub. Faktla bağlı araşdırma aparılır.(Qafqazinfo.az)

 

Tarix
13 Oktyabr 2014 [13:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin