Bakıda naməlum şəxs qadına hücum edib 40 manatını aldı

09:48 - 14 Mart 2020 - HADİSƏ

Bakıda qadın qarət olunub.

Hadisə paytaxtın Xətai rayonu, G.Şıxlinski küçəsində baş verib. Bakı şəhər sakini Solmaz Abbasova "Movida Plaza" şadlıq sarayının yaxınlığında naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxs ona yaxınlaşaraq içərisində 40 manat pul olan portmanatı oğurlayıb.

Polisin keçirdiyi əməliyyat axtarış və istintaq tədbirləri nəticəsində portmanatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini 1997-ci il təvəllüdlü R.Abdullayev saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə cinayət işi başlanıb./trend

Xəbər xətti