Türkiyədə ağır yol qəzası oldu, onlarla yaralı var - Foto

09:00 - 14 Mart 2020 - DÜNYA

Türkiyədə ağır yol qəzası baş verib.

Bu barədə “Anadolu” agentliyi xəbər yayıb.

Qeyd edilir ki, Aksaray-Adana magistral yolunda sərnişin avtobusunun yük avtomobili ilə toqquşması nəticəsində 42 nəfər xəsarət alıb.

Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər və təcili yardım cəlb edilib.

Qəza ilə əlaqədar yük avtomobilinin sürücüsü saxlanılıb./report

 


Xəbər xətti