Venesuelada fövqəladə vəziyyət tətbiq edilir

08:53 - 14 Mart 2020 - DÜNYA

Venesuelada COVİD-19 koronavirusu səbəbilə fövqəladə vəziyyət tətbiq edilir.

Məlumata görə, bu barədə ölkənin paytaxtı Karakasda çıxışı zamanı prezident Nikolas Maduro deyib.

N.Maduro bildirib: "Mən millətə təhlükə yaradan <...> hallarda fövqəladə vəziyyət tətbiq etməyə imkan verən 338-ci maddəyə uyğun hərəkət edəcəyəm".

Dövlət başçısı həmçinin bütün vəzifəli şəxsləri "maksimal intizama" çağırıb: "Bizim əsas məqsədimiz virusun yayılmasının qarşısını almaqdır".

Qeyd edək ki, daha əvvəl Venesuelada COVİD-19 koronavirusuna ilkiki yoluxma halı qeydə alınıb./trend

 

Xəbər xətti