Türkiyəyə yaxınlaşan təhlükə koronavirusdan qorxuludur

13:30 - 13 Mart 2020 - DÜNYA

Afrikadan İraqa gələn çəyirtkə dəstəsi Türkiyə sərhədlərinə yaxınlaşır.

Sondakika.com-un məlumatına görə, artıq İraqdan Türkiyəyə doğru axın edən çöl çəyirtkələri gündə 150 km yol qət edir.

Bir kvadrat kilometr ərazidə olan 40-80 milyon çəyitkənin gün ərzində 35 min insana yetəcək qədər qida mənimsədiyi bildirilir.

Türkiyə Kənd Təsərrüfatı Mühəndisləri Palatası çöl çəyirtkələrinin koronavirusdan da təhlükəli olduğunu vurğulayıb./oxu.az

Xəbər xətti