Azərbaycanda 23 yaşlı qız burun əməliyyatı zamanı öldü

09:35 - 13 Mart 2020 - HADİSƏ

Qaxda 23 yaşlı qız əməliyyatdan sonra  ölüb.

Hadisə Qax rayon Xəstəxanasında baş verib.

Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcovanın burun çəpərinin deformasiyası ilə əlaqədar Qax rayon Xəstəxanasında lor-həkim Əkrəm İmaməliyev tərəfindən aparılan əməliyyat zamanı qəflətən halı pisləşib və o, ölüb.

Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb./Apa

Xəbər xətti