Ana səhifə
15 Noyabr 2018

Putin qoşunları geri çağırdı

RF prezidenti müdafiə nazirinə konkret tapşırıqlar verib

 

 

Rusiya prezidenti Vladimir Putin Cənub hərbi dairəsinin qoşunlarını daimi dislokasiya yerlərinə qaytarılmasını tapşırıb.

 

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov bildirib. O qeyd edib ki, yayda Rostovda 17 min 600 hərbiçinin iştirakı ilə təlimlər keçirilib.

 

Peskovun sözlərinə görə, RF prezidenti Rusiya müdafiə naziri Serqey Şoyqu ilə görüşündə bu barədə danışıb. Putin Şoyquya Cənub hərbi dairəsinin qoşunlarının geri çəkilməsi ilə bağlı konkret tapşırıqlar verib.

 

Görüş zamanı Şoyqu isə öz növbəsində Cənub hərbi dairəsinin poliqonlardakı təlimlərinin yay dövrü üçün yekunu barədə hesabat verib.

 

Qeyd edək ki, Rusiya bir müddətdir ki, Ukrayna ilə sərhəddə geniş tərkibli hərbi təlimlər keçirirdi.

Tarix
13 Oktyabr 2014 [13:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin