Millimizin üzvü ABŞ-da həftənin futbolçusu seçildi - Video

09:18 - 11 Mart 2020 - İDMAN

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov ABŞ-ın USL müntəzəm çempionatında I turun oyunçusu seçilib.

Məlumata görə, "Finiks Rayzinq"də çıxış edən 29 yaşlı hücumçu 52 faiz səslə rəqiblərini qabaqlayıb. Forvard həftənin komandasında da yer alıb.

Qeyd edək ki, Rüfət Dadaşov I turda "Portlend Timbers"ə 6:1 hesabı ilə qalib gəldikləri matçda 3 qol vuraraq het-trik edib. Hücumçu "Finiks Rayzinq"ə yanvarın 11-də Almaniyanın "Pröyssen Munster" klubundan keçib./report

 

Xəbər xətti