Şəmkirdə yük avtomobili traktorla toqquşdu

11:45 - 10 Mart 2020 - HADİSƏ

Şəmkir rayonunun Sabirkənd kəndində “Hyundai” markalı yük avtomobili və “Беларус” markalı traktor toqquşub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Onlar yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər./trend

 

Xəbər xətti