Zəncirvari qəza tıxaca səbəb oldu

09:15 - 10 Mart 2020 - HADİSƏ

Bakıda zəncirvari qəza baş verib.

Məlumata görə, hadisə Moskva prospektindən üzü şəhər istiqamətində qeydə alınıb. Qəzaya səbəb isə ara məsafəsinin saxlanılmaması deyilir.

Belə ki, adıçəkilən yolda hərəkətdə olan “Mercedes C class” markalı avtomobil qarşısında eyni model maşının “ML” markası ilə toqquşub, həmin avtomobil isə, ondan öndə olan digər minik vasitəsinə dəyib.

Hadisə səbəbindən Moskva prospektindən üzü şəhər istiqamətində tıxac yaranıb./trend


Xəbər xətti