Ana səhifə
21 Sentyabr 2018

Prezident qara kəmər aldı

"Bu ada layiq görülmək qürurvericidir"

 

 

Çeçenistan respublikasının rəhbəri Ramzan Kadırov karate üzrə növbəti uğurunu qazanıb.

 

Ucnoqta.az” xəbər verir ki, Kadırov karate üzrə 5-ci dan - qara kəmər əldə edib.

 

"Kiokşinkay karate beynalxalq assosasiyasının prezidenti, əfsanəvi Şokey Matsuinin qərarı ilə mənə qara kəmər təqdim edildi", deyə Kadırov öz İnstagram səhifəsində yazıb.

 

O, 8-ci danı olan biri tərəfindən belə ada layiq görülməsinin qürurverici olduğunu deyib.

 

Kadırova kəmər və sertifikatını Rusiya kiokşinkay federesiyasının baş məşqçisi Aleksandr Alımov təqdim edib.

 

Xatırladaq ki, ötən il Rusiya prezidenti Vladimir Putin də qara kəmər almış və taekvando üzrə 9-cu dana layiq görülmüşdü.

Tarix
13 Oktyabr 2014 [13:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin