Türkiyədə zəlzələ olub

12:30 - 8 Mart 2020 - DÜNYA

Türkiyənin Manisa əyalətində 3,4 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” “Haberturk”ə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla martın 7-də saat 21:45 radələrində qeydə alınıb. Zəlzələnin episentri Ağhisar rayonunda, ocağı 15,7 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Xəbər xətti