Qaxda it azyaşlı qızı dişləyib

22:23 - 7 Mart 2020 - HADİSƏ

Qax rayonunda beş yaşlı uşağı it dişləyib.

APA-nın məlumatına görə, bu gün axşam saatlarında rayonun Tasmalı kənd sakini, 2015-ci il təvəllüdlü Pərnaz Elgün qızı Hacızadə sağ sağrı nahiyəsindən it dişləməsi xəsarəti ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Azyaşlıya lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd edildikdən sonra evə buraxılıb.

Xəbər xətti