Şəhid olan hərbi qulluqçumuz dəfn olunub

16:32 - 7 Mart 2020 - Xəbər

Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Qarayev Eltun Elman oğlu ilə doğulduğu Bərdə rayonu Qazqurdalı kəndində vida mərasimi keçirilib.

Qarayev Eltun Elman oğlu kənd qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində rayon rəhbərliyi, DSX-nın nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər./Apa

Xəbər xətti