Ağcabədidə 23 yaşlı gənc kanalda batdı

16:26 - 7 Mart 2020 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndi ərazisindən keçən hissəsində 1997-ci il təvəllüdlü Bayramov Muxtar Namiq oğlunun batması barədə məlumat daxil olub.

FHN-dən "Report"a verilən məlumaat görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Xəbər xətti