Paytaxt polisi 34 cinayətin üstünü açdı

10:19 - 7 Mart 2020 - HADİSƏ

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 6-də 34 cinayətin üstü açılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, onlardan 13-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Qəsdən adam öldürmə 1, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 6, narkotiklərlə əlaqəli 5, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 13 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 21 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 2 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Xəbər xətti