Bərdədə yol qəzası baş verib, 5 nəfər xəsarət alıb

16:47 - 6 Mart 2020 - HADİSƏ

Bərdə rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə Otuzikilər kəndində qeydə alınıb.

Belə ki, Bərdə rayon sakini İxtiyar Mirzəyevin idarə etdiyi minik avtomobili Amil Mustafayevin sükanı arxasında olduğu traktorla toqquşub. Nəticədə 5 nəfər - Yevlax rayon sakinləri, 1955-ci il təvəllüdlü İxtiyar Mirzəyev, 1959-cu il təvəllüdlü Yeganə Mirzəyeva, 2015-ci il təvəllüdlü Əli Mirzəyev, 2014-cü il təvəllüdlü Mələk Mirzəyeva və Bərdə rayon sakini, 1968-ci il təvəllüdlü Ziyafət Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlarının vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır/report

Xəbər xətti