Millinin baş məşqçisi koronavirusa görə karantinə alındı

14:20 - 6 Mart 2020 - İDMAN

İsrail milli komandasının baş məşqçisi Andreas Herstoq koronavirus epidemiyasına görə karantinə alınıb.

 Millətlər Liqasının Niderlandda keçirilən püşkatma mərasimində iştirak edən Herstoq, İsrail Səhiyyə Nazirliyinin koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində 14 gün karantində saxlanılacaq.

İsraildə 15 nəfər koronavirusa yoluxub./qafqazinfo

Xəbər xətti