Kürdəmirdə iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb - Foto

14:02 - 6 Mart 2020 - HADİSƏ

Kürdəmirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb. 1986-cı il təvəllüdlü Asif Təvəkkül oğlu Qəniyevin idarə etdiyi "VAZ -2106" markalı avtomobil 1994-cü il təvəllüdlü Xəqani Akif oğlu Adıgözəlovun idarə etdiyi "VAZ-2107 markalı minik maşını ilə toqquşub. Nəticədə sürücü, X. Adıgözəlov, sərnişinləri - 2001-ci il təvəllüdlü Səfiyə Kamran qızı Əliyeva və 1994-cü il təvəllüdlü Gülyanaq Kərbəla qızı Səlimova müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Fakta bağlı araşdırma aparılır./Apa


Xəbər xətti