Koronavirusun yayılma coğrafiyası genişlənir

09:21 - 6 Mart 2020 - DÜNYA

Cənubi Asiyada yerləşən Butanda koronavirusa ilk yoluxma faktı aşkarlanıb.

Bunu ölkənin Nazirlər Kabineti açıqlayıb.

Virusa yoluxmuş şəxsin 76 yaşlı ABŞ vətəndaşı olduğu bildirilib. O, martın 2-də Butana gəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. İndiyə qədər epidemiya 90 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 98 424-ə çatıb. Bunların 55 638 nəfəri sağalıb, 3 386 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub./report

 

Xəbər xətti