Ərdoğan: "İdlibdə atəşkəs elan edilir"

21:32 - 5 Mart 2020 - DÜNYA

“Bu gecə Suriya vaxtı ilə 00:01-də İdlibdə atəşkəs elan ediləcək”.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada keçirilən rusiyalı həmkarı Vladimir Putinlə görüşün yekunlarına dair birgə mətbuat konfransında belə deyib. O bildirib ki, atəşkəsin davamlı olması üçün Türkiyə əlindən gələni edəcək.

Ərdoğanın sözlərinə görə, İdlibdə Türkiyə hərbçiləri hücuma məruz qalarsa, Ankara cavab addımları atacaq./publika

Xəbər xətti