ABŞ-da koronavirusdan ölənlərin sayı 11-ə çatdı

10:39 - 5 Mart 2020 - DÜNYA

ABŞ-da ölkə üzrə yeni tip koronavirusa 152 yoluxma faktı qeydə alınıb, onlardan 11-i ölümlə nəticələnib.

“Qafqazinfo” “The New- York Times” qəzetinə istinadən xəbər verir ki, Amerikanın 16 ştatında koronavirusa yoluxma faktı aşkarlanıb. Ölümlə nəticələnən hallar isə cəmi 2 ştatda: Kaliforniya (1) və Vaşinqtonda (10) qeydə alınıb.

Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanların sayı 95 000-ə yaxınlaşır.

Xəbər xətti