Bu gün Konstitusiya Məhkəməsi növbədənkənar seçkilərlə bağlı yekun qərar verəcək

09:02 - 5 Mart 2020 - Xəbər

Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclası keçiriləcək.

İclasda Konstitusiyanın 86-cı maddəsinə uyğun olaraq, 2020-ci il fevralın 9-da VI çağırış Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılacaq.

Məhkəmə baxışı başa çatandan sonra Konstitusiya Məhkəməsi qərar qəbul edəcək.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 26-da Milli Məclisə seçkilərin ümumi yekunlarına dair protokolu təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edib./report

 

Xəbər xətti