Çində koronavirus qurbanlarının sayı artıb

08:02 - 5 Mart 2020 - DÜNYA

Çində koronavirus qurbanlarının sayı artıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.  Məlumata görə, koronavirusdan ölənlərin sayı 3 012 nəfərə çatıb. Virusa yoluxmuş 52 mindən çox ölkə vətəndaşı sağalıb. Hazırda Çin Xalq Respublikasında virusa yoluxanların sayı 80,4 min nəfərə çatıb.  Çərşənbə günü ölkədə 80,2 min nəfərin koronavirusa yoluxduğu, 2 981 nəfərin virusdan öldüyü, 49,8 min nəfərin sağaldığı xəbər verilib. 

Xəbər xətti