İranda koronavirusdan ölənlərin sayı artdı

15:05 - 4 Mart 2020 - Xəbər

İranda daha 15 nəfər virusun qurbanı olub.

“Report” IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 92 nəfər olduğunu açıqlayıb. O bildirib ki, daha 586 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 922 nəfərə çatıb.

K.Cahanpur həmçinin 552 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb. 

Xəbər xətti