ÜST: Koronavirusdan 3112 nəfər ölüb

14:27 - 4 Mart 2020 - Xəbər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus xəstəliyinə yoluxma hallarına dair martın 3-nə olan məlumatı açıqlayıb.

Təşkilatın məlumatına əsasən, son 24 saat ərzində Andorra, İordaniya, Latviya, Mərakeş, Portuqaliya, Səudiyyə Ərəbistan, Seneqal və Tunisdə koronavirus xəstəliyinə (COVlD-19) ilk yoluxma halları qeydə alınıb. Təsdiqlənmiş yoluxma hallarının sayı:

Dünyada: 90 870 (1922 yeni)
Çində: 80 304 (130 yeni)
2946 ölüm halı (31 yeni)

Çinin xaricində:

10 566 yoluxma halı (1792 yeni)

72 ölkə (8 yeni)

166 ölüm halı (38 yeni)

ÜST koronavirusla bağlı risk qiymətləndirilməsini Çində, regional və qlobal səviyyədə çox yüksək hesab edir./Apa

Xəbər xətti