Nazirlikdən çağırış: "Şagirdləri kütləvi tədbirlərə cəlb etməyin" - Video

11:27 - 4 Mart 2020 - Xəbər

"Tədris prosesinin dayandırılması heç də o demək deyil ki, şagirdlər bu müddətdən istifadə edərək müxtəlif tədbirlərə, əyləncə və ticarət mərkəzlərinə gedə bilərlər".

Bu sözləri Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov İctimai TV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində deyib. Fərzəli Qədirov təlim-tədris prosesinə ara vermələrinin arxasında duran səbəbləri izah edib. Nazirlik rəsmisi həmçinin valideyn və şagirdlərə çağırış da edib:

"Valideynlərə çağırış və xahiş edirəm ki, təhsil alanlar bu günlərdə heç bir kütləvi tədbirlərə cəlb edilməsinlər. Ticarət və əyləncə mərkəzlərinə, mərasimlərə, tədbirlərə, daha çox insanın olduğu qapalı mühitlərdə keçirilən tədbirlərə cəlb edilməsinlər. Hökumətin atdığı bu addımda bir məqsəd var. Gəncləri mümkün təhlükələrdən qorumaq üçün bunu etmişik.

Gənclər bu müddətdən istifadə edib proqram materiallarını daha yaxşı mənimsəməyə, öz biliklərini zənginləşdirməyə sərf etsinlər. Onların əllərində belə imkanlar var. Öz yoldaşları ilə yazışa bilər, fikir mübadiləsi apara bilərlər.

Bununla yanaşı, şagirdlər evdə olmalarına baxmayaraq tibbi profikaltik tədbirlərə riayət etsinlər". /Baku.ws 

Xəbər xətti