Cənubi Koreyada kimyəvi zavodda partlayış baş verib

08:29 - 4 Mart 2020 - DÜNYA

Cənubi Koreyanın Sosan şəhərindəki kimyəvi zavodda baş verən yanğın və partlayış nəticəsində ən az 26 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, zavod Lotte Chemical şirkətinə məxsusdur. Yanğın gecə saat 3 (GMT+4) radələrində başlayıb və iki saat sonra 38 yanğınsöndürmə qrupunun vasitəsi ilə söndürülüb.

Hazırda zavod bağlanıb, hadisə yerində müstəntiqlər işləyirlər.

Xəbər xətti