Azərbaycan millisinin Millətlər Liqasındakı rəqibləri bəlli olub

21:40 - 3 Mart 2020 - İDMAN

UEFA Millətlər Liqasında 2020/21 mövsümünün püşkatma mərasimi keçirilir.

Niderlandın paytaxtı Amsterdamda baş tutan tədbirdə Avropanın 55 komandası 4 liqada ümumilikdə 14 qrupa bölünüb. A, B və C liqalarının hər birində dörd komandadan 4 qrupun tərkibi bəlli olub. D liqasında isə 3 və 4 yığmanın yer aldığı iki qrupun tərkibi müəyyənləşib.

Artıq D və C liqalarında püşkatma başa çatıb. Tarixdə ikinci dəfə təşkil olunacaq yarışda Azərbaycan yığması C liqasında mübarizə aparacaq. Millimiz bu ilin payızında start götürəcək liqa mərhələsində 1-ci qrupda yer alıb.

Püşk komandamızı Lüksemburq, Kipr və Monteneqronu rəqib edib. Baş məşqçisiz qalan yığmamız sentyabr-noyabr aylarında bu rəqiblərlə ev və səfərdə, ümumilikdə 6 matç keçirəcək.

C liqası

1-ci qrup: Azərbaycan, Lüksemburq, Kipr, Monteneqro
2-ci qrup: Ermənistan, Estoniya, Şimali Makedoniya, Gürcüstan
3-cü qrup: Moldova, Sloveniya, Kosovo, Yunanıstan
4-cü qrup: Qazaxıstan, Litva, Belarus, Albaniya

D liqası

1-ci qrup: Malta, Andorra, Latviya, Farer adaları
2-ci qrup: San-Marino, Lixtenşteyn, Cəbəllütariq
/Apasport

Xəbər xətti