Bakıda "Seyid" narkotiklə yaxalandı - Foto

12:08 - 3 Mart 2020 - HADİSƏ

Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində ümumilikdə 3 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Xırmandalı kəndi ərazisində Quba rayon sakini, əvvəllər məhkum olunmuş Aydın Rüstəmov və Şamaxı rayon sakini Natiq Mehdiyev sonuncunun idarə etdiyi "KİA RİO” markalı avtomobildə saxlanılıb və onlardan 2 kiloqram 810 qram psixotrop maddə metamfetamin, 351 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslərdən A.Rüstəmov qeyd olunan psixotrop maddə və narkotik vasitəni İran vətəndaşı "Baba” adlı şəxs vasitəsilə ölkə ərazisinə gətirtdiyini və hazırda Bakı şəhərində yaşayan Cəlilabad sakini "Seyid” ləqəbli Elsevər Salmanlıya çatdırmalı olduğunu bildirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində E.Salmanlı Bakı şəhəri Yasamal rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Xəbər xətti