Tibb tarixində görünməmiş hadisə baş verib.
Ucnoqta.az oxu24.com-a istinadən xəbər verir ki, plastik cərrah və komandası əməliyyat zamanı həbs olunub. Hadisə Türkiyənin Pendik vilayətində baş verib. İrandan gələn həkimlər özlərini peşəkar plastik cərrah kimi qələmə verərək insanların xarici görünüşünü qorxunc hala salıb. Bir neçə nəfər vətəndaş saxta həkimin əməlləri barədə polisə şikayət edib. Araşdırma zamanı məlum olub ki, insanları səhv əməliyyat edən həkim İrandan gəlmiş . J.T. ve M.B.’nin adlı həkimlərdir. Onlar məşhur türk plastik cərrahının etdiyi əməliyyatları öz işləri kimi qələmə verərək reklam ediblər. Bu yolla insanları aldadaraq əməliyyata cəlb ediblər.
Polis əməliyyat keçirərək həkimləri elə əməliyyat masasında həbs edib.